Aşağı Güzdək avtomobil yolu yenidən qurulub - FOTO/VİDEO

Aşağı Güzdək avtomobil yolu yenidən qurulub - FOTO/VİDEO
Foto Video
Video 157

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Abşeron rayonunun Aşağı Güzdək avtomobil yolunun yenidən qurulmasını başa çatdırıb.

BAKU.WS xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, yenidənqurma işləri çərçivəsində örtük sökülüb, torpaq yatağının yararsız hissələri qazılaraq çıxarılıb. Yeni torpaq yatağının və yol əsasının inşası aparılıb, zəruri yerlərdə 3000 p/m piyada səkiləri inşa edilib.

Yolboyu iki qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi, kommunikasiya xətlərinə aid quyu qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunub.

Sonuncu mərhələdə yol boyu zəruri yerlərdə yol nişanları quraşdırılıb, yolun üfüqi nişanlanma xətləri çəkilib.

Oxşar xəbərlər

Aşağı Güzdək avtomobil yolu yenidən qurulur - FOTO/VİDEO

Aşağı Güzdək avtomobil yolu yenidən qurulur - FOTO/VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 18-ci km-dən ayrılan və 3,8 km uzunluğa malik torpaq örtüklü Aşağı...

126 Video 17:42 26 may 2022

Son xəbərlər