Apteklərdə tibbi xidmət göstərilə bilərmi?- VİDEO

Apteklərdə tibbi xidmət göstərilə bilərmi?- VİDEO
Video
Video 117

Bəzi insanlar səhhətində narahatlıq hiss edəndə apteklərə üz tutur. İynə vurdurmaq, sistem qoşdurmaq üçün də xəstəxanaya deyil, apteklərə gedirlər. Bəs apteklərdə tibbi yardım göstərilməsi xəstələrin sağlamlığı üçün təhlükəlidir?

BAKU.WS xəbər verir ki, mövzu ilə bağlı “Xəbərertəsi” proqramına danışan analitik ekspertiza mərkəzinin müfəttişi Elvin Nağıyev apteklərdə belə xidmətlərin göstərilməsinin düzgün olmadığını, hətta qanunla qadağan edildiyini bildirib:

“Vətəndaşlarımıza bildiririk ki, səhhətlərində yaranan problemlərə görə apteklərə deyil, təcili tibbi yardıma yaxud da yaşadıqları ərazidəki müalicəvi-profilaktik müəssisələrə yaxınlaşsınlar. Apteklərdə iynə vurdurmaq, sistem qoşdurmaq və başqa bu kimi hallar yol verilməzdir.

Belə hallara görə aptekdə çalışanlar inzibati xətalar məcəlləsinin müvafiq qaydalarına uyğun olaraq məsuliyyətə cəlb oluna bilərlər”.

Ətraflı videoda:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər