Ali Baş Komandan və ordusunun şanlı qələbəsinə həsr olunmuş film hazırlanır - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Televiziyası Vətən müharibəsinin başlanmasının ilk ildönümü ilə bağlı sənədli film hazırlayır.
Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, “Biz Qarabağı unutmadıq” adlı film Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında tarix yazan Azərbaycan Ordusunun Vətən müharibəsində şanlı qələbəsinə həsr olunub.
Filmdə ordumuzun qazandığı parlaq qələbənin təfərrüatı və nəticələrindən bəhs olunacaq, müharibədə iştirak etmiş hərbçilərimizin təəssüratları yer alacaq.
Hazırda filmin çəkilişləri davam edir. Filmin premyera tarixi ilə bağlı ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinə qarşı “Dəmir yumruq” adlı əks-hücum əməliyyatına başladı. Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı və 30 ilə yaxın müddətdə düşmən işğalında qalan Azərbaycan torpaqları 44 gün müddətində azad edildi.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyevanın Cəbrayıl və Zəngilan səfərindən görüntülər - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngil...