Ağdərədən qaçan erməni qadın: “Orada yaşamaq mümkün deyil” - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Keçmiş rusiyalı jurnalist, bloger Aleksey Romanov Qarabağda döyüşlər gedən ərazidən reportaj hazırlayıb.
BAKU.WS xəbər verir ki, reportaj Romanovun “YouTube” kanalında yayımlanıb.
Reportaj zamanı Romanov Ağdərə rayonunda gələn bir erməni qadına yaxınlaşıb. Orta yaşlı qadın qorxu və həyəcan içərisində oğlunun və ərinin döyüşdüyünü bildirib.
“Bizim üçün hər şey pisdir. Hər yerdə zirehli texnika və tank var. Orada yaşamaq mümkün deyil. Kömək edin!”
Qeyd edək ki, Azərbaycan hökuməti də öz növbəsində hərbi əməliyyat keçirilən ərazilərdə yaşayan erməni xalqına dəfələrlə müraciət edib.
Bu gün də Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev keçirilən brifinqdə bir daha erməni xalqına çağırış edib.
“Erməni xalqı Ermənistan tərəfindən törədilən təxribatçılıq əməllərinə qoşulmasın. Bir daha Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin dediklərini xatırladıram:
"Azərbaycan Respublikasının erməni xalqı ilə işi yoxdur. Erməni xalqı özü Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış quldur və kriminal rejimdən özünü azad etməlidir.
Erməni xalqı Ermənistanın rəhbərliyinin yürütdüyü bu siyasət nəticəsində özünün qurban olduğunu başa düşməlidir”, - deyə Hikmət Hacıyev bildirib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasını keçirib - VİDEO (YENİLƏNİB)
İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının y...