Afiyəddin Cəlilovun sürücüsünün bacısı: "Məni küçəyə atsalar özümü öldürəcəm" (VİDEO)
14
noy
2017
11:21
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Redaksiyamıza şikayət məktubu ilə müraciət edən Afiyəddin Cəlilovla birgə öldürülən sürücüsü Mayıl Ağakişiyevin bacısı Səmərqə Mayılova evindən qanunsuz olaraq çıxarıldığını iddia edir. BAKU.WS olaraq bu şikayəti işıqlandırmaq qərarına gəldik. Səmərqə xanımın sözlərinə görə, İrina adlı bir qadın onun qonşusu olmuş Nargilə adlı başqa bir qadına sələmə borc pul verib. Daha sonra Nargilə xəbərsiz yoxa çıxıb. Borc verən qadın isə Səmərqə xanımdan borcunu istəyib. Əsas olaraq da onu deyib ki, sənin qonşundursa, sən də ödəməlisən. Səmərqə xanım bu məsələdən xəbərsiz olduğunu, ödəyə bilməyəcəyini deyib. Nəticədə İrina xanım şikayətçimizi məhkəməyə verib və həmin məhkəmədən haqlı tərəf kimi çıxıb. Nəsimi rayon Məhkəməsinin icraçıları Səmərqə xanımı yaşadığı 28 May küçəsi 44, mənzil 31-dən çıxarmaq istəyib. S.Mayılova isə ölümü gözə alaraq, çıxmayacağını deyib. Buna görə hətta üzərinə benzin töküb özünü yandırmağa da cəhd edib. Qeyd edək ki, bu həftənin cümə günü məhkəmənin qərarı icra olunmalıdır. Məsələ ilə bağlı Nəsimi rayon Məhkəməsi ilə əlaqə saxladıq. Onlar da məhkəmənin qərarını icra etməli olduqlarını bildirdilər.Tuncay TürbəndəzadəZümrüd CavadovaBAKU.WS 






Oxşar xəbərlər
Azərbaycanda ilk dəfə kredit borcuna görə qadın həbs edildi (FOTO)
"Sabunçu rayon məhkəməsinin hakimi Süleyman Ağayev “Atabank”a 8701 manat borcu olan şəxsin zamini Bunyatova Lalə Nəriman qızını 10 gün müddətinə inzibati qaydad...