Afaq Bəşirqızı: "Rejissorlar tamahkardır, haramlıqda heç vaxt bərəkət yoxdur!" - VİDEO

Xalq artisti Afaq Bəşirqızı hazırda film sektorunda fəaliyyət göstərən rejissorlardan danışıb.
BAKU.WS xəbər verir ki, bu barədə “Maqazin plus”a açıqlama verən aktrisa onların işindən narazılıq edib. Bəşirqızı rejissorları aktyorlara verilən qonorarları mənimsəməkdə ittiham edib.
Keçmiş dövrlə indiki dövrü müqayisə edən Xalq artisti indi rejissoroların aktyorların işinə daha da mane olduğunu və qonorarlarını az ödədiklərini bildirib:
“Filmlərin zəifliyi rejissorların tamahkarlığındandır. Bilirsiniz ki, hazırda sponsor tapılmadan film çəkilmir. Rejissor da fikirlərşir ki, görəsən mən bu filmdən sonra tikililərdən birində bütöv mərtəbəni özümə götürə biləcəyəm ya yox... Aktrisa filmə çəkilib onun müqabilində pul almalıdır. Amma rejissorlar onların pulunu kəsirlər. Bu hansı vicdana sığır? Sonra da deyirlər ki, görəsən niyə mənim filmim uğur qazanmadı? Haramlıqda heç vaxt bərəkət olmur!”
Ətraflı videoda:
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...
