ABŞ-də helikopter radio qülləsinə çırpılıb

ABŞ-də helikopter radio qülləsinə çırpılıb
Video
Video 22

Texas ştatının Hyuston şəhərində helikopter radio qülləsinə çırpılıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bu barədə yerli yanğınsöndürmə xidmətinin X sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

Bildirilib ki, helikopter Bakı vaxtı ilə 04:54 Engelke küçəsi və Ennis küçəsi ərazisindəki qülləyə çırpılıb. Ərazidə operativ və təcili xidmətlər fəaliyyət göstərir.

Məlumata görə, qüllə bir neçə sənaye obyektinə bitişik ot sahəsi ilə əhatə olunub. Dövlət və şəhər rəsmiləri yanğının yaxınlıqdakı binalara keçməsi təhlükəsi barədə məlumat verməyib. Şahidlərin sözlərinə görə, qüllənin yerində "metal yığını" yanır.

Ölənlər və ya yaralananlar hələlik məlum deyil.

Son xəbərlər