“Haber Global” ön cəbhədə - VİDEO
Ermənistan silahlı qüvvələri itirdikləri mövqeləri geri almağa cəhd ediblər.
Bu barədə Türkiyənin “Haber Global” televiziyasının cəbhə bölgəsinə yollanan müxbiri məlumat yayıb.
Müxbir ötən gün ermənilərin Tərtər, Cəbrayıl, Füzuli, Goranboy, Ağdamın ağır artilleriyadan atəşə tutduğunu bildirib. Ermənistan silahlı qüvələrinin hədəfində isə hər zaman olduğu kimi bu dəfə də mülki əhali və yaşayış yerləri olub.
Nəticədə Azərbaycanın cəbhəboyu ərazilərində yaşayan mülki şəxslərdən 19-u ölüb, 55 nəfər isə yaralanıb. Bununla yanaşı, 169 yaşayış evinə, həmçinin 40 mülki obyektə külli-miqdarda ziyan vurulub.
Oxşar xəbərlər
Prezident Cinayət Məcəlləsində dəyişiklikləri təsdiqlədi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb. BAKU.WS xəbər verir ki, sənədə əsasən, Cin...