SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin paytaxtı Ankaranın əsas simvollarından biri olan Atakule qülləsi ölkəmizin bayrağının rənglərinə boyandıqdan sonra İstanbulun rəmzlərindən biri olan tarixi Qalata qülləsi də bayrağımızın rəngləri ilə işıqlandırılıb.

BAKU.WS türk mətbuatına istinadən xəbər verir ki, bu təşəbbüs Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutub.

Qeyd edək ki, bundan öncə Atakule qülləsinin zirvəsində ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadəsi, onun ardınca isə “Can Azərbaycan!” şüarı üç rəngli bayrağımızın rəngləri fonunda yer almışdı.

BAKU.WS
VİDEO