VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində şəhid olan, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Məmmədov Elşən Əli oğlu dəfn edilib.

Şəhid doğulduğu Tovuz rayonunun Qaziqulu kəndində torpağa tapşırılıb. Dəfn mərasimində onun ailə üzvləri ilə yanaşı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.


Saat 14:59

Düşmən təxribatı nəticəsində həlak olan Tovuz rayonu, Qaziqulu kənd sakini, kiçik çavuş Elşən Məmmədov bu gün torpağa tapşırılacaq.

BAKU.WS xəbər verir ki, hazırda tovuzlular şəhidlə vidalaşmaq üçün onun doğulduğu evə toplaşıb.

Cənazə ailəyə təqdim olunduqdan sonra kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Allah rəhmət eləsin!

BAKU.WS
VİDEO

VİDEO