Bu gün Almaniyada yaşayan azərbaycanlılar paytaxt Berlində etiraz aksiyası keçirib.
 
BAKU.WS məlumat verir ki, soydaşlarımız Almaniyanın paytaxtı Berlində Ermənistan prezidenti Serj Sarkisyanla Almaniya kansleri Angela Merkelin baş tutacaq görüşünə etiraz ediblər. 
 
Aksiya iştirakçıları nazirliyin binasının qarşısına Azərbaycan, Türkiyə və Almaniya bayraqları ilə gəliblər. Onlar Azərbaycan, ingilis və alman dillərində şüarlar səsləndiriblər. Onlar Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu Sarkisyanın qulağına çığırıblar. 
 
BAKU.WS