BNA-dan ucuz taksi etirazı: "Taksi avtobus qiymətinə enib" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"Taksi qiymətləri bu gün o həddə enib ki, az qala avtobus qiymətlərinə bərabərləşib".
BAKU.WS xəbər verir ki, bu sözləri Bakı Nəqliyyat Agentliyinin (BNA) Hüquq şöbəsinin müdiri Hikmət Babayev "ARB 24" kanalında yayımlanan "Gündəm" verilişində deyib.
O bildirib ki, taksini gündəlik, daimi nəqliyyat vasitəsinə çevirmək düzgün deyil:
"Bu belə olmalı deyil. Siz də bilirsiz ki, taksidən istifadə etmək əvvəlki dönəmdə olduğu kimi müəyyən imkanlara bağlı olan bir şeydi. Taksidən yararlanmaq olar. Bunu gündəlik, daimi nəqliyyat vasitəsinə çevirmək düzgün deyil. Bunun üçün sərnişindaşıma mövcuddur".
Qeyd edək ki, BNA taksi fəaliyyətinin tənzimlənməsi, qanunvericiliyin təkmilləşdirilməsi və səmərəli nəzarət mexanizmlərinin yaradılması məqsədilə konsepsiya hazırlayıb.
Konsepsiyada vahid dispetçer mərkəzinin yaradılması, tarif sisteminin və kvotanın tətbiqi eyni zamanda sahibkarlıq fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı məsələlər öz əksini tapıb.
Oxşar xəbərlər
Taksilərlə bağlı bu dəyişikliklər olacaq
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 73 nömrəli qərarı ilə təsdiqlənmiş “Tələblər”ə, eyni zamanda əlaqəli digər qanunvericilik aktlarına dəyişikliklər l...