VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son günlər ermənilərlə ruslar arasında əsən soyuq küləklər hər kəsin diqqət mərkəzindədir. Bu, yenilik olmasa da erməni və rus qardaşları arasında əsən budəfəki mehin səsi əməlli-başlı duyuldu. Özü də təkcə öz aralarında yox, ümumi siyasi arenada. Bəs əslində nələr baş verir?

"Məclis aşığından bəllidir" deyirlər. Bir milləti idarə edən Paşinyan aşığıdırsa və bu müsahibəni Paşinyan aşığı verirsə, oradan gələcək avaz da məlumdur. Uzun sözün qısası, biz məsələni Paşinyanın "РБК" kanalına verdiyi eksklüziv müsahibəsindən, öz dilindən təqdim edirik.

Aslan yatağında tülkü yatar, Nikol Paşinyan. Siz tülkülər indi aslan yatağına müvəqqəti var-gəl edəndə Azərbaycanda ixrac neft-qaz kəmərləri, Şərq-Qərb nəqliyyat dəhlizi kimi beynəlxalq əhəmiyyətli strateji layihələr həyata keçirilir və səsləndirdiyiniz bu iftira doğru olsaydı, o zaman Azərbaycan ancaq özünə təhlükə yaratmış olardı. Sadəcə bu baxımdan belə bu yalanın yalnız bir iftira olduğu gün kimi aydındır.

Veriliş boyunca müxtəlif səpkidə cavablar verərək iki qardaş arasına da girməyə çalışdı. Qardaşlıq bilməyən, yediyi qaba tüpürən, bu düşmən "ətlə dırnaq arasına girdikdə iylənərək çıxarsan" misalını, güman ki, bilmir. Türkiyənin Azərbaycanı birmənalı olaraq dəstəklədiyini, rusların isə strateji tərəfdaş olaraq erməniləri dəstəkləmədiyini deyərək, bəlkə də, öz təbirincə onları ittiham edirdi ki, qarşılığında jurnalistdən sillə kimi cavab tipli bir sual gəldi.

Bəli, nankorlar and içə-içə günah etməyə öyrəniblər. Yalan dəryasında üzən Paşinyan, külək hansı tərəfdən əssə də, yenə də gəminin yelkəni səni Azərbaycan doğrusuna tərəf aparır.

O, veriliş boyunca daşlara ilişərək büdrədi, gah nala vurdu, gah mıxa.

Rüsvayçılıq ömürdən uzun olur...

Əvvəlcə erməni xalqına və özünə ürək-dirək verməyə çalışır, sonda elə küçə dostu kimi məsələnin əsl üzünü açır. Tülkünün quyruğu tülkünü ələ verdi.

Bəli, məsələnin elə əsl üzü də budur - Rusiya üçün də Qarabağ məsələsi həyati vacib məsələdir. Onları birləşdirən maraqlar böyük olsa da, tərəflərinin birinin kiçikliyi onları küçük vəziyyətə salır.

Əslində bu sərsərinin sərsəm fikirləri bir millət olaraq bizə maraqlı deyil. Çünki biz artıq yalan və iftiraları ilə əsrlərdir kiçilərək Ermənistanda küçük bir tayfa halında qalan insanlara özləri qismində rəhbərlik etməyə çalışan ruslara kiçik qardaş əvəzinə qara daş olandan daha nə gözləməli. İllər bu fərsizlərin siyasət məktəbini aldana-aldana bitirdiyini sübut edib. Bu aqibət sizi də gözləyir.

Sonda bir daha diqqətə çatdıraq ki, bizim heç kimin torpağında gözümüz yoxdur. Biz öz torpaqlarımızı istəyirik. Azərbaycan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin siyasi-diplomatik yolla nizamlanmasının tərəfdarı olaraq qalır. Lakin danışıqlar xatirinə danışıqlar aparılması yolverilməzdir.

BAKU.WS
VİDEO