Abşeronda qurulan postlarda vəziyyət - Maska taxmayan, narazılıq edən sürücülər - VİDEO

Abşeron rayonunda qurulan postlarda gün ərzində 60 nəfər cərimələnib.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, Abşeron rayonu ərazisində Dövlət Yol Polisinin 4 postu qurulub.
Bu postlardan keçmək istəyən sürücü və sərnişinlərin icazəsinin olub-olmaması ilə yanaşı, tibbi maskalardan istifadəsinə də diqqət yetirilir. Demək olar ki, postdan keçən sürücü və sərnişinlərin əksəriyyətinin maskadan istifadə etmədiyi müəyyən olunub.
Abşeron rayon DYPŞ-nin baş inspektorunun APA-ya verdiyi məlumata görə, gün ərzində 60 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1 və 211.2-ci maddələri əsasında cərimə edilib.
Abşeron rayonunda bir həftə ərzində 800 nəfərə (sürücü və sərnişinlər) protokol tərtib edilib.
Oxşar xəbərlər
Bakıda maska taxmayan sakin "Ölmək istəyirəm" deyib operatora hücum etdi - VİDEO
Koronavirus infeksiyasının hər gün həm dünya ölkələrində, həm ölkəmizdə can aldığı bir vaxtda bir çox insanlar tibbi maskadan istifadə etmirlər. Hətta məcburi o...