SİZİN REKLAM BURADA!
055 213 76 73


Ölkə ərazisində karantin rejiminin gücləndirilməsi ilə bağlı “Bakı Metropoliteni”nin iş saatları da azaldılıb. Bu da metronun girişində sıxlığın yaranmasına səbəb olub.

BAKU.WS oxu.az-a istinadla xəbər verir ki, sərnişinlər ara məsafəsi saxlamır, polisin “Məsafə saxla” xəbərdarlığına əməl etmirlər. Bu isə xüsusi karantin rejiminin tələblərinin pozulmasıdır. Tələbə əsasən, 10-dan çox insan bir yerə toplaşmamalıdır.

Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin qərarı ilə martın 29-dan etibarən Bakı metrosunun iş vaxtı beş saata endirilərək, səhər saat 07:00-dan 09:00-dək, axşam isə 17:00-dan 20:00-dək müəyyən edilib.

Nazirlər Kabineti yanında operativ qərargah bir daha vətəndaşları özünütəcrid qaydalarına riayət etməyə, zərurət yaranmadığı təqdirdə evdən bayra çıxmamağa, qərargahın tələb və tövsiyələrinə qeyd-şərtsiz əməl etməyə çağırıb.

BAKU.WS
VİDEO