SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Şimal bölgəsində Nabran istirahət zonası, qış-yay turizm kompleksi kimi turist cəlb edən yerlərin olmasi burada aeroprt tikilməsini aktuallaşdırıb. Hazirda tiknitisi aparilmasa da hava limanının ərazisi Quba rayonunda 600 hektar kənd sakinlərinə məxsus bag və əkin sahələrini əhatə edir.

Bir müddətdir ki, Qubada tikilməsi gündəmdə olan aeroportun inşa olunacağı yer bəllidir. Hava limanı üçün nəzərdə tutulan yerin bir hissəsi kəndlilərin bag və əkin sahələrinə düşür. Daha dəqiq desək, rayonun Davudoba, Hacıqayıb, Ərməkiqışlaq Dəlləkli, Ağbil və Vladimirovka kəndlərinin təxminən  600 hektarlıq hissəsi plana düşüb. Rayon icra hakimiyyətindən bildirilib ki,tikinti hələki dayanıb.Əgər dövlət planına əsasən işlər davam etsə bu sakinlərlə razılaşdırılaraq həyata keçiriləcək.

Ötən il tikinti üçün ilkin addımlar atılıb. Dəqiq ərazilər müəyyənləşib və bəzi yerlərə beton tökülüb. Sakinlər də aeroprtun bölgə üçün böyük fayda gətirəcəyi fikrindədirlər.

Bölgədə Nabran istirahət zonası , qış-yay turizm kompleksi kimi turist cəlb edən yerlərin olması burada aeroprtun tikilməsini aktuallaşdırıb.
 
BAKU.WS