SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanlı qız 1988-ci ildə erməni ailəsinə satılıb. 

BAKU.WS xəbər verir ki, 33 yaşlı Narina doğma valideynlərini tapmaq üçün Xoşqədəm Hidayətqızının "Səni axtarıram" proqramına müraciət edib.

Narina 1 fevral 1988-ci ildə Gəncədə azərbaycanlı ailəsində doğulub. Həkim ailəyə uşağın ölü doğulduğunu deyir və uşağı erməni ailəsinə satır. Bir günün içində sənədlər düzəldilərək Ermənistana aparılır.

Narina Ağdamın Abdal Gülablı kəndində yaşayıb. Bu kənddə müəllim işləyib, erməni uşaqlarına dərs deyib. Azərbaycanlı olduğunu 12-13 yaşlarında öyrənib. Amma artıq gec idi. Erməni ailəsində böyüyürdü. Bir erməni oğlanla ailə qurub, uşaqları doğulub.

Hazırda öz valideynlərini axtarmaq üçün oranı tərk edib.

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO