Əri tərəfindən qırmancla döyülən Əfsanədən efirdə gözlənilməz addım - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Əri tərəfindən döyülərək işgəncəyə məruz qalan Əfsanə gözlənilməz qərar verib.
BAKU.WS xəbər verir ki, Əfsanə əri Səxavəti uşaqlarının xətrinə bağışladığını söyləyib.
Qızın anası isə Səxavətin qızını öldürəcəyini deyib. Əfsanənin uşaqlarının əlindən alınacağını deyən anası qızından boşanmağını istəyib.
Əfsanə isə uşaqları ilə ərinin evində yaşayacağını deyib.
Xatırladaq ki, 17 yanvarda 1993-cü il təvəllüdlü İsayeva Əfsanə Cəmil qızı, 9 yaşlı qızı Nurcan, 8 yaşlı oğlu Nurlan və 1 yaşlı oğlu Sərxan İsayevin itkin düşməsilə bağlı məlumat yayılmışdı.
Sonra məlum oldu ki, 10 ildir ailəli olan gənc qadın son dəfə qırmancla döyüldükdən sonra üç azyaşlı uşağını da götürüb evdən qaçıb. Bakıya üz tutaraq Xoşqədəm Hidayətqızını axtarıb tapıb, ondan kömək istəyib.
Qadının əri Səxavət elə həmin günü həyat yoldaşının və uşaqlarının itkin düşməsilə bağlı polisə müraciət edib.
Ərinin işgəncələrindən qaçan üç uşaq anası olan 26 yaşlı Əfsanənin yaşadıqları ölkə ictimaiyyətində rezenans doğurub.
Əfsanənin həyat yoldaşı Səxavət fermada çobanlıq edir. Ailə elə həmin fermada yaşayır.
Oxşar xəbərlər
"Anam ərimə dedi ki, başını kəs, yanına qoy" - VİDEO
"Anam ərimə dedi ki, başını kəs, yanına qoy". Bu sözləri ərinin işgəncələrinə məruz qaldığına görə evdən qaçan Əfsanə söyləyib.BAKU.WS xəbər verir ki, 26 yaşlı...