SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda gənc qadın əri və qayınanası tərəfindən diləndirilib. Faciəvi məqam budur ki, qucağında körpəsi ilə dilənən Səadət 6 aylıq hamilədir.

BAKU.WS xəbər verir ki, ARB-nin "Elgizlə izlə" proqramı gələn Səadət əri tərəfindən aldadılaraq qaçırıldığını deyib.

"Sevirəm" deyib, şirin dilə tutub qaçıran ər qısa müddət keçdikdən sonra onu dilənməyə məcbur edib. Qazandığı puldan uşağa bez belə almağa ixtiyarı olmayan Səadət dilənməkdən imtina edib. Bu etirazından sonra ər və qayınana onu evdən qovub. Qışın soyuğunda qucağında körpəsilə küçədə qalan hamilə qadın hazırda Mehriban Zeynalovanın "Təmiz dünya" İctimai Birliyinin sığınacağındadır.

Aysel
BAKU.WS
VİDEO