Qaz sayğacları ilə bağlı əhaliyə - VACİB XƏBƏRDARLIQ - VİDEO

Qaz sayğacları ilə bağlı əhaliyə - VACİB XƏBƏRDARLIQ - VİDEO
Video
Video 4869

Bakıda qaz sayğaclarını oğurlayıb vətəndaşlara satırlar.

BAKU.WS Xəzər TV-yə istinadla xəbər verir ki, "Azəriqaz" İstehsalat Birliyi vətəndaşlara diqqətli olmağı və bu cür işbazlara aldanmamağı tövsiyyə edir.

''Azəriqaz'' İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərovun sözlərinə görə, bəzi işbazlar smart tipli sayğacları oğurlayıb, əhalinin az yaşadığı ərazilərdə satırlar. Hansı ki həmin ərazilər qazlaşdırılmayıb.

Həmin şəxslər smart tipli sayğac quraşdırdıqları vətəndaşlara kart vermədikləri üçün hər ay gəlib, razılaşdıqları məbləği alıblar. İnsanları isə hər dəfə bir bəhanə ilə aldadıblar ki, yaxın vaxtda kartınızı verəcəyik. Ceyhun Səfərov vətəndaşları belə faktlarla rastlaşdıqda diqqətli olmağı tövsiyyə edir.

Qeyd edək ki, bu tip qaz sayğacı oğrulayanlar cinayət məsuliyyətinə cəlb ediliblər. Qala, Şüvəlan, Türkan qəsəbələrində yerləşən evlərdən 93 qaz sayğacı oğurlayıb satmaqda təqsirli bilinən, şəhər sakinləri üç il müddətinə azadlıqdan məhrum olublar.

Oxşar xəbərlər

“Azəriqaz”dan əhaliyə XƏBƏRDARLIQ (FOTO)

“Azəriqaz”dan əhaliyə XƏBƏRDARLIQ (FOTO)

“Azəriqaz” İstehsalat Birliyi abonentlərini aldadan şəxslərlə bağlı xəbərdarlıq yayıb.Birlikdən BAKU.WS-ə verilən məlumata görə, son günlər Bakı şəhərinin müxtə...

3883 Sosial 15:01 09 aprel 2019

Son xəbərlər