SİZİN REKLAM BURADA!
055 213 76 73


Vaxtaşırı olaraq Azərbaycanda ölüm hökmünün yenidən bərpa olunması haqqında təkliflər irəli sürülür.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, son günlərdə Tovuzda 10 yaşlı Nərmin Quliyevanın amansızlıqla öldürülməsindən sonra isə məsələ yenidən gündəmə gəldi.

Tanınmış şəxslər də daxil olmaqla bir çoxları sosial şəbəkələrdə paylaşımlar edərək ölüm hökmünün yenidən bərpasının tərəfdarı olduqlarını bildirdilər.

Buradan isə bir neçə sual ortaya çıxır.

Azərbaycanda Ölüm hökmünün bərpası mümkündürmü? Ölüm hökmü bərpası cinayətlərin qarşısını ala bilərmi?

Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqqları İnstutunun şöbə müdiri Cahangir Cahangirli sözügedən hökmün yenidən qəbul edilməsi ilə cinayətlərin qarşısı alınmayacaq.

“Ölüm hökmünün qəbul edilməsi cinayətlərin qarşısını alacağını düşünmürəm. Sözügedən hökmün icra olunduğu ölkələrə baxsaq görərik ki, həmin ölkələrdə də cinasyət hadisələri baş verir”, - deyə Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqqları İnstutunun şöbə müdiri Cahangir Cahangirli urğulayıb.

Hüquqşünas Emil Aslanov isə hesab edir ki, qanunvericilikdə nəzərdə tutulan ömürlük həbs cəzası elə hökmünə bərabərdir.

"Buna görə də sözügedən hökmün yenidən bərpasını düzgün hesab etmirəm”, - deyə Emil Aslanov bildirib.

Qeyd edək ki, ölkəmizdə ölüm hökmü 1998-ci il, fevralın 10-da ləğv edilib.

Hazırda ABŞ, Səudiyyə Ərəbistanı, İran, İraq, Çin və Vyetnamda kimi ölkələrdə ölüm hökmünün tətbiqi davam edir.

BAKU.WS
VİDEO