ABŞ-a köçdüyü deyilən Zeynəb Xanlarova ilə bağlı AÇIQLAMA

ABŞ-a köçdüyü deyilən Zeynəb Xanlarova ilə bağlı AÇIQLAMA
Video 2900

Xalq artisti Zeynəb Xanlarovanın qardaşı qızı, Əməkdar artist Mehriban Xanlarova yayılan məlumatlara reaksiya verib.

BAKU.WS xəbər verir ki, aktrisa "İnstagram" hesabında bibisinin "Azərbaycanım" mahnısını paylaşaraq belə bir açıqlama verib:

"Son günlər Zeynəb Xanlarova haqqında həqiqətə uyğun olmayan təbliğat xarakterli məlumatlar yazılır. Guya Zeynəb Xanlarova Amerikaya köçüb. Yalandır! Zeynəb Xanlarova vətənini, millətini, xalqını sevən insandır. Bu səbəbdən heç bir yerə köçməyib və köçmək fikri də yoxdur.

Bilərəkdən Zeynəb xanımın adından Milli Məclisdə heç vaxt demədiyi sözlər, təkliflər yazırlar. Yayılan şayiələrə inanmayın! Onların məntiqi ilə düşünsək, Azərbaycan parlamenti ancaq Zeynəb Xanlarovanın qaldırdığı məsələləri həll edirmiş. Zeynəb Xanlarova azdanışan, amma hər dəfə ən vacib məsələni qabardan barmaqla sayılacaq deputatlarımızdandır. Hər zaman cəsarətli çıxışları ilə digər həmkarlarından fərqlənib.

Zeynəb Xanlarovadan başqa kim Milli Məclisdə Xəzər dənizinin hasarlanaraq xalqın əlindən alınmasından danışıb? Kim işğal altında olan torpaqlarımızın azad edilməsi üçün müharibə etməkdən başqa çıxış yolumuzun olmadığını danışıb? Uzun illərdir Qarabağın qaytarılması ilə bağlı ATƏT-in Mins qurupuna qulaq asmağımızın mənasız olduğunu dilə gətirib. Zeynəb Xanlarovadan başqa kim xalqın maddi durumunun yaxşı olmadığını, Türkiyədə rastlaşdığı hadisəni danışaraq Cənab Prezidentə çatdırıb?".

M.Xanlarova bibisinin Amerikada sahib olduğu mülklərlə bağlı da açıqlama verib:

"Zeynəb Xanlarovanın maliyyə imkanları ilə bağlı yayılan xəbərlərə isə yalnız bunu deyə bilərəm ki, o, Allah tərəfindən verilən əvəzolunmaz səsinin sayəsi ilə qazandığı ruzini yeyir. Qazandığı bu ruzini isə kimə və hara xərcləyər onun öz şəxsi məsələsidir. Heç kimə aidiyyəti yoxdur. Azərbaycan xalqının var-dövlətini öz şəxsi ambisiyaları üçün çapıb-talayan bəzi dövlət məmurları ilə Zeynəb Xanlarovanı səhf salmayın. Zeynəb Xanlarova kimi olan dünya ulduzları öz şəxsi maliyyə imkanları ilə bağlı kiməsə açıqlama vermək məcburiyyətində deyilər. O, Azərbaycan xalqının milli-mənəvi dəyərlərindəndir. Bu dəyərlərə sahib çıxmaq hər bir Azərbaycanlının borcudur".

Oxşar xəbərlər

Son xəbərlər