SİZİN REKLAM BURADA!
055 213 76 73


Dekabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şamaxı rayonunda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş 44 mənzilli yaşayış binasında yaradılmış şəraitlə tanış olub.

BAKU.WS xəbər verir ki, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov dövlət başçısına aparılan tikinti və təmir işləri barədə məlumat verdi.

Prezident İlham Əliyev Fərdar Həsənovun mənzilində yaradılan şəraitlə maraqlandı.

Dövlət başçısı çay süfrəsi arxasında Fərdar Həsənov və anası Xuraman Həsənova ilə söhbət etdi.

Prezident İlham Əliyev Şamaxıya yeni təyin olunan icra başçısıdan danışıb:

"Şamaxıya yeni icra başçısı təyin etmişəm, eşitmişəm ki, vətəndaşlar onu yaxşı qəbul edir, çox fəal işləyir. Biz gərək gənc kadrlara üstünlük verək. Bu gün “ASAN xidmət”in açılışında idim. İndi gedib baxarsınız, elə bil saraydır. Orada bütün xidmətlər avtomatik olacaq, daha o arayış sənin, bu arayış mənim yox. Gəldin, nömrəni götürdün, səni heç kim incitməyəcək. Bütün uşaqlar da gülərüzdür".

BAKU.WS
VİDEO