SİZİN REKLAM BURADA!
055 213 76 73


Milli Məclisin buraxılması ilə bağlı xəbərdən sonra əksər aktiv sosial şəbəkə istifadəçiləri millət vəkili olmaq sevdasına düşdülər. Bəs kimlər istəsələr belə, bu, seçkilərdə iştirak edə bilməzlər?

"Hamı deputat olmağı yaxşı yaşamaq üçün arzu edir. Arzulamaq olar ancaq gərək vətəndaşlar üçün də nəsə edəsən. Ancaq indi çoxu özünü düşündüyü üçün arzu edir deputat olmağı." - Şəhər sakini

BAKU.TV-nin "Xəbər" buraxılışında yayımlanan süjetdə qeyd olunub ki, Milli Məclisin buraxılması ilə bağlı xəbər çıxar-çıxmaz bir qrup insan məsələnin mahiyyətindən xəbərdar olmadan, sosial şəbəkədə daha “gülməli” status yazmaq yarışına çıxdı, digər bir qrup isə artıq deputatlığa namizədliyini verdiyi haqda şəkillər paylaşdı. Bəs ölkənin əsas qanunverici orqanı olan milli məclis haqda belə qeyri-ciddi paylaşımların olması alması nə dərəcədə düzgündür?

Sosioloq Rəşad Əsgərov bildirir ki, millət vəkilləri xalq seçkili orqanları vasitəsi ilə seçildiyinə görə onlar haqda mənfi fikri ancaq onların seçildiyi dairədən olanlar bu haqda fikir yürüdə bilər:

"Sosial şəbəkələrdə hər hansı deputatın ələ salınması , onun adından olmayan sözlərin yazılması parlament haqqında müxtəlif ölkə vətəndaşlarında, xarici təşkilatlar arasında Azərbaycan haqqında mənfi fikrin yarabmasına səbəb ola bilər".

Bəzi insanlar bu vəziyyəti özlərini tanıtmaq üçün fürsət kimi istifadə edir. Ancaq nəzərə almırlar ki, bu prosses həm də xərc tələb edir. Yəni təkcə metro və ya küçədə şəkil yaymaqla nəticə əldə etmək mümkün deyil.

Hüquqşunas Sahib Məmmədov deyir ki, buna görə insanları ittiham etmək də düzgün deyil.

"Bu onların Konistitutsiya hüququdur. Əgər bir fermer xalqın hüquqlarını daha yaxşı müdafiə edəcəksə o niyə də millət vəkili seçilməsin. Konustutusiyaya görə yaşı 18-ə çatmış, Azərbaycan respublikasının vətəndaşları müraciət edib. Millət vəkili ola bilərlər.

Burada təhsilə dair heç bir tələb yoxdur. Ancaq bəzi məhdudiyyətlər var ki, başqa bir ölkənin də vətəndaşlığı olan şəxs, məhkəmə və ya icra hakimiyyəti strukturunda işləyirsə, din xadimləri, ağır cinayyətdən məhkum olunmuş şəxslər namizədliyini irəli sürə bilməzlər".

Hər halda ölkənin siyasi həyatında baş verən bu qədər ciddi bir hadisənin sosial mediada lağlağı obyektinə çevirmək boş vaxt itkisindən başqa bir şey deyil.

BAKU.WS
VİDEO