VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Heç təsadüfi deyil ki, gündəlik danışığımızda bir-birimizə can sağlığı arzu edirik.

Çünki canımız sağlam olanda hər şeydə yolunda gedir. Ölkəmizdə də gələn ilin sonunadək Azərbaycanın bütün bölgələri daxil olmaqla icbari tibbi sığorta mexanizmi fəaliyyət göstərəcək. Bəs bu sığorta növündən istifadə etdiyimiz təqdirdə, tibb müəssisəsi və həkimi seçmək şansımız varmı?

BAKU.TV-nin "Xəbər" buraxılışında yayımlanan sujetdə qeyd olunub ki, artıq illərdir ki, icbari tibbi sığorta pilot olaraq bir neçə rayonda həyata keçirilir. 2020-ci ildən bu layihənin bütün ölkəni əhatə edəcəyi gözlənilsə də, mexanizmini işə salmaq bir qədər çətin olduğundan bu iş rüblər üzrə həyata keçiriləcək.

Millət vəkili Musa Quliyev bildirib ki, dünya təcrübəsi öyrənilib, kadr hazırlığı var: "Səhiyyə müəssisələri hansı ki, icbari sığorta ilə işləyəcək onlarında atestasiyası olunub. 3 ildir ki, Yevlax, Mingəçevir, Ağdaş rayonlarında pilot şəkildə icbari tibbi sığorta tətbiq olunub. Uğurlu nəticələr var. Gələn ildən də Azərbaycanın bütün ərazisində icbari tibbi sığorta fəaliyyətə başlayacaqdır".

Millət vəkilinin sözlərinə görə, icbari tibbi sığorta mexanizmi Azərbaycan vətəndaşının tibbi xidmətdən yararlanmasındakı problemləri aradan qaldıracaq.

İnsanları narahat edən həkim seçimi məsələsinə gəlincə isə, təklif edilən qanun layihəsində vətəndaşların yalnız müəssisəni seçmək hüququ nəzərdə tutulub.

Millət vəkili Musa Quliyev əlavə edib ki, təklif edilən qanun layihəsində də yalnız müəssisəni seçmək hüququ nəzərdə tutulub:

"Amma millət vəkillərinin əksəriyyəti o cümlədən Səhiyyə komitəsində təmsil olunan həkim millət vəkilləri bu cür yanaşmanın əleyhinədir. Yəqin ki, həm həkimi seçmək həm də tibb müəssisəni seçmək hüququ vətəndaşa veriləcəkdir".

Artıq icbari tibbi sığorta ilə bağlı bir sıra region xəstəxanalarında müəssisələrin fəaliyyətinin elektronlaşdırılması məqsədilə müvafiq proqram təminatı yaradılıb və qeydiyyat masaları qurulub. Xəstəxanalara müraciət edən vətəndaşların elektron qaydada qeydiyyatının aparılması zamanı şəxsiyyət vəsiqəsinin qeydiyyatçıya təqdim olunması mütləqdir. Bunun üçün hər bir vətəndaşdan tibb müəssisəsinə gəldikdə şəxsiyyət vəsiqəsinin gətirilməsi xahiş olunur.

BAKU.WS
VİDEO