SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda növbəti bələdiyyə seçkilərinə təxminən bir ay qalır.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, bəzi prosedur işlər yekunlaşıb, ya da yekunlaşmaq üzrədir.

Bələdiyyə seçkilərində iştirak etmək üçün 41841 nəfər namizədliyini irəli sürüb.

Onlardan 22529 nəfərin namizədliyi qeydə alınıb. Hazırda seçkilərə hazırlıq mərhələsində son tamamlama işləri görülür.

ASK sədri Qədir Kərimov məsələyə belə münasibət bildirib:

"Hazırda namizədlərin irəli sürülməsi təsdiq edilməsi, qəbul edilməsi prosesi DSK-da gedir. Seçicilərin maarifləndirilməsi üçün çoxlu sayda plakatlar qurulub".

Seçici siyahılarının məntəqə seçki komissiyaları tərəfindən məlumat lövhələrində yerləşdirilməsi və əlavə, seçki bülletenlərinin hazırlanması qaydasının, mətninin, formasının, sayının hazırlanmasına aid tələblərin Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilməsi bu gün başa çatıb. Məntəqələr lazımi inventar və avadanlıqlarla təchiz edilib.

"Seçki siyahılarımız tam hazırdır. Müşahidə kameraları quraşdırılıb. Lazım olan inventar və avadanlıqların hamısı var", - deyə məntəqə sədri Mədinə Nəbiyeva bildirib.

Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. Sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib.

BAKU.WS
VİDEO