Azərbaycan ordusunun yeni peşəkar snayperləri - VİDEO

10
noy
2019
19:00
Naxçıvan Qarnizonu qoşunlarında növbəti snayper hazırlığı kursunun uğurla başa çatması münasibətilə mərasim keçirilib.Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat daxil olub. Mərasimdə Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik Tehran Mənsimov bildirib ki, Türkiyə Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusunun təlimatçı qismində iştirak etdiyi kursda hədəfləri zərgər dəqiqliyi ilə məhv etməyi bacaran peşəkar snayperlər yetişdirilib.Türkiyə Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Abdullah Açık dostluq və qardaşlığı özündə əks etdirən kursda qazanılan nailiyyətlərdən danışıb.Mərasimdə məzunlar adından çıxış edən kurs birincisi Rüfət Tağızadə ən çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirməyə hazır olduqlarını bildirib.Çıxışların ardından məzunlara sertifikat və hədiyyələr təqdim edilib. Kurs birincisi tərəfindən xatirə lövhəsinə buraxılış emblemi vurulub və məzunlarla xatirə şəkli çəkdirilib.
Oxşar xəbərlər
Əlahiddə Ümumqoşun Orduda döyüş atışlı taktiki təlimlər keçirilib
“Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən Əlahiddə Ümumqoşun Ordunun artilleriya, reaktiv və tank əleyhinə batareya...
