Əlahiddə Ümumqoşun Orduda döyüş atışlı taktiki təlimlər keçirilib

23
sen
2019
21:15
“Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən Əlahiddə Ümumqoşun Ordunun artilleriya, reaktiv və tank əleyhinə batareyaları ilə döyüş atışlı taktiki təlimlər keçirilib.Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən xəbərə görə, döyüş tapşırığının icrasına yaxınlaşdırılmış şəraitdə keçirilən təlimlərdə əsas məqsəd zabitlərin ixtisas biliklərinin təkmilləşdirilməsinə və batareyaların daim döyüşə hazır olmasına yönəldilib.Planlı və plandankənar hədəflərin tam dəqiqliyi ilə məhv edildiyi təlimlərdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.
Qalereya
Oxşar xəbərlər
Naxçıvan Qarnizonu qoşunları hərəkətə keçdi
Naxçıvan Qarnizonu qoşunlarında ərazidə ikitərəfli üçpilləli komanda-qərargah təlimi başlayıb.Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, təlimin bir...
