SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda qayınana gəlinini oğlunun ayağından öpməyə məcbur edib. 

BAKU.WS 
xəbər verir ki, məktəbdən çıxarkən atası tərəfindən qaçırılan 9 yaşlı Qaraxanın anası Aynaz həyat yoldaşı ilə boşanma ərəfəsində olduqlarını, artıq bir müddətdir uşaqları ilə birlikdə ata evində yaşadığını bildirib.

Oğlunun geri qaytarılması üçün "Səni axtarıram" proqramına üz tutan Aynaz əri tərəfindən mütəmadi olaraq psixoloji, mənəvi və fiziki zorakılığa məruz qaldığını açıqlayıb.

Gənc ana əri və qayınanası tərəfindən dəfələrlə alçaldılıb. Aynaz həyatından danışarkən ilə hər kəsi dəhşətə gətirib:

"Qaraxan travmalı doğulmuşdu, pis yatırdı. Həkim tapşırmışdı ki, yatarkən ona toxunmayın. 6 günlük idi, yenicə yatırtmışdım, Yasin dedi ki, uşağı ver, oyadıb oynadacam. Vermədim. Dedim ki, həkimk tapşırıb ki, yatarkən uşağa toxunmayın. Uşağı yatağına qoyub qayıdıb gəldim. Gördüm ki, qayınanam, ərim və baldızım oturub nəyisə müzakirə edirlər. Əvvəlcə anlamadım. Eşitdim ki, qaynanam ərimə deyir ki, ayağından öpdürərsən, sonra uşağa yaxın qoyarsan. Qürurluyam, əyilib ayağından öpmək istəmədim. Amma nə qədər dayana bilərdim? Körpə uşaqdır axı, ağlayır, acır, bulaşır. Məcbur oldum, dizlərimi yerə atıb, qənşərində diz çökdüm, ayaqlarından öpdüm".

Qeyd edək ki, Zərdab rayonu Məlik Umudlu kəndində yaşayan 9 yaşlı Hüseynov Qaraxan Yasin oğlunun atası tərəfindən qaçırıldığı üzə çıxıb. Ata oğlunu sentyabrın 25-də məktəbdən çıxarkən qaçırıb. 

#QadınaŞiddətəSon  

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO