SİZİN REKLAM BURADA!
055 213 76 73



Magistral yollarda piyadaların vurulması tez-tez baş verir. Hazırda belə hadisələrdə piyada yüngül və ya ağır xəsarət alırsa, sürücü məsuliyyətə cəlb edilir. Ancaq mayın 1-dən cəza tədbirləri dəyişir.

BAKU.WS
xəbər verir ki, magistral yollarda piyadaların vurulmasına görə sürücülərin məsuliyyətə cəlb edilməsi qaydası dəyişir. Mayın 1-də qüvvəyə minəcək yeni İnzibati Xətalar Məcəlləsinə görə bir sıra hallarda sürücülər məsuliyyət daşımayacaq.

Hazırkı qaydalara görə sürəti 110 km/saat olan yolda piyadanın vurulması nəticəsində o yüngül xəsarət alsa, onda sürücü 200 manat miqdarda cərimə edilir və sürücünün avtomobil idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılır.

Yeni qaydaya görə piyada yalnız yüngül xəsarət alarsa, sürücünün məsuliyyəti olmur. Yüngül xəsarət dərəcəsi isə Nazirlər Kabinetinin qaydalarında aydın şəkildə təsbit edilib.

BAKU.WS