VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

13 ildir bədəninə su dəyməyən, uçuq daxmada həşəratlarla bir yerdə qeyri-insanı şəkildə yaşayan Naidə televiziya tamaşaçılarına "Səni axtarıram" proqramından tanışdır. Onun həyat tərzi - demək olar ki, vücudundakı bütün əzaları hərəkətsiz olan bədbəxt qızın qidalanması görənləri dəhşətə gətirmişdi. Naidə birmənalı şəkildə kənar şəxslərin köməyi olmadan yaşaya bilmir. Atası onun başını boşqabın içinə qoyduqdan sonra yeyə bilir. 

BAKU.WS
xəbər verir ki, 17 yaşından bu vəziyyətdə yaşayan Naidə yardım üçün Xoşqədəm Hidayətqızına üz tutmuşdu. O, yeni evin tikilməsini istəyirdi. 

X.Hidayətqızı Naidəyə kömək etmək üçün həyat yoldaşı Doğuşla və komandası ilə birlikdə Lerikə gedib. Onlar uçuq daxmanı söküb yerində yeni ev tikdirmək istəsə də, bu istəkləri baş tutmayıb. Qəribədir ki, evin tikilməsi üçün "Səni axtarıram"a üz tutan Naidə fikrini dəyişib. Evin tikilməsi üçün pul yığılsa da, atası və Naidə daxmanın sökülməsininə qarşı çıxıblar.

Kənd camaatı, eləcə də Xoşqədəm xanımla Doğuş bəy yerində yeni evin tikilməsi üçün daxmanın sökülməsi üçün onlara yalvarsalar da, razı sala bilməyiblər.

Xoşqədəm Hidayətqızının Naidəyə, Doğuşun isə Naidənin atasına yalvardığı görüntüləri təqdim edirik. İzləyərkən əsəblərinizə hakim olun!

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO