VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur türk sənətçisi Doğuş Lerikdə çox ağır şəraitdə yaşayan Naidəyə yardım əlini uzadıb.

BAKU.WS
xəbər verir ki, əli-ayağı işləməyən Naidə "Səni axtarıram" proqramından kömək istəmişdi. Sözün əsl mənasında zəlil olan bu qızın yaşayış tərzi tamaşaçıları dəhşətə gətirmişdi. 

Həyat yoldaşının proqramında gördüyü dəhşətli mənzərədən sonra Naidəyə yardım etmək qərarına gələn ifaçı Lerikdə verdiyi konsert proqramında əldə edilən vəsaiti onun üçün tikilən yeni evin xərclərinə sərf edilməsinə ayırıb.

Doğuş bu xeyirxah işdə komandasının əməyi olduğunu qeyd etdi: 

"Ətrafımızda haqqa girən insanlar olsa da, qəlbi gözəl dostlarım da var. Bu konsertdə pula sitayiş etməyən sevgili qardaşım və menecerim İrfan Demirin və komandamın, həyat yoldaşım Xoşqədəm Baxşəliyevanın əməyi var. Bu xeyirxah işə görə onların hər birini alqışlayıram". 

Xoşqədəm Hidayətqızı BAKU.WS-ə açıqlamasında, ailəvi olaraq Naidəyə əl tutmaq qərarı verdiyini bildirdi: 

"Neçə gündür Naidə üçün bütün ailəmlə, komandamla birlikdə yollarda zaman keçirdim. Naidə üçün nə lazımdırsa, edəcəyimə söz verdiyim üçün əlimdən gələni edəcəm. Veriliş tətilə çıxdı və mən o evin tez tikilməsi üçün istirahətə yox, Lerikə gəldim. Doğuş məhz onun üçün oxudu. Lerikdə istirahət məkanlarının birində konsert proqramı ilə çıxış etdi.

Naidə və atası hazırda yaşadıqları evin sökülməsinə razı olmadılar. Rayon rəhbərliyinə müraciət etdik. Kəndin ən gözəl yerindən Naidəyə əlavə torpaq sahəsi ayrıldı. Dünəndən orada işə start verildi.

Hər bir insan Allah qarşısında hesabat gününü düşünməli və o gün üçün çalışmalıdır. Allah hər kəsə qəlbinə görə versin və qarşımıza qəlbi və niyyəti gözəl olanları çıxarsın. 

Naidə dünyanın ən gözəl qəlbli insanıdır. O, mənə ana dedi. Bu gözəl qəlbli insan anasını 17 yaşında itirib. Onun anasını əvəz etmək mümkün deyil, amma mən bu qızı öz balam kimi sevdim. Gözəl bir evdə hüzur içində ömrünün sonuna qədər yaşamasını istəyirəm".

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO