Ərdoğan Emine Buluta görə Türkiyədə ölüm hökmünü tətbiq edə bilər - VİDEO

Ərdoğan Emine Buluta görə Türkiyədə ölüm hökmünü tətbiq edə bilər - VİDEO
Video
Video 794
Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan Trabzonda vətəndaşlarla görüşüb.BAKU.WS “Haberler”ə istinadən xəbər verir ki, Ərdoğan görüşdə Türkiyəni dəhşətə gətirən və insanları qəzəbləndirən Emine Bulut cinayətindən danışıb.Ölkə başçısı bildirib ki, bu vəhşilik heç vaxt unudulan və bağışlanan cinayət deyil.Ərdoğan açıqlamasında Türkiyədə ölüm hökmünün bərpa olunması məsələsinə də toxunub.“Bu təkcə mənim qəbul edəcəyim məsələ deyil. Bu barədə Türkiyə Parlamenti qərar qəbul etməlidir. Bundan sonra mən həmin qərarı təsdiqləyəcəyəm”, - deyə Ərdoğan vurğulayıb.Qeyd edək ki, avqustun 23-də Türkiyədə dəhşətli cinayət baş verib. Kırıkkale bölgəsində 43 yaşlı Fedai Baran keçmiş arvadı Emine Bulutu 10 yaşlı qızının gözləri qarşısında vəhşicəsinə qətlə yetirib.Bu hadisə Türkiyədə böyük etirazlara səbəb olub. Qəzəblənmiş insanlar belə vəhşilik törədən cinayətkarların edam olunmasını tələb edir.

Son xəbərlər