SİZİN REKLAM BURADA!
055 213 76 73


""Araz" supermarketinin anbarında aparılan təmizlik işləri zamanı küçəyə çirkab sular axıdılır. Abdulvahab Salamzadə küçəsində yerləşən anbardan yola axıdılan çirkab suya görə idarə etdiyim minik vasitəsi sürüşüb və aşıb".

Bu sözləri BAKU.WS-ə motosiklet sürücüsü Nadir İbrahimov söyləyib. Sürücünün bildirdiyinə görə, bir neçə dəfə supermarketin qaynar xəttinə minik vasitəsinin təmiri haqqında müraciət etsədə, iki həftə ərzində bütün verdiyi suallar və şikayətlər cavabsız qalıb.

"Nəyə görə əhaliyə yeyinti məhsullarının satıldığı yerdə belə antisanitar vəziyyət olmalıdır? Hansı normativlərə görə supermarketin çirkab suları drenaj sisteminə yox, küçəyə axıdılır Həmin ərazidə mən xəsarət ala bilərdim. O halda buna görə necə cavab verəcəkdiniz? Hadisə İyul ayının 24-də baş verib. O gündən bu yana dəfələrlə müraciət etsəm də problem hələ də həll edilməyib". 

"Araz" supermarketin meneceri BAKU.WS-ə Billurə Əmirova məsələ ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, Azərbaycan Respublikasının sanitar epidemioloji standartlarına uyğun olaraq anbarın qarşısı hər gün yuyulur: 

"Orada çirkab sulardan söhbət gedə bilməz. Əlavə olaraq videodan görsənir ki, axıdılan su həcmi heç bir nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət yaratmır. Həmin şəxs doğrudan da sudan yıxıldığını sübut etməlidir. Bəlkə idarəetməni itirib? Əgər əlində sübutları varsa və bu qədər iddialıdırsa məhkəməyə müraciət edə bilər. Onu da qeyd edim ki, bu şəxs mağaza rəhbərliyini dəfələrlə təhdid edib, əgər bu davam edərsə tərəfimizdən qanunvericiliyə uyğun olaraq məhkəməyə və digər hüquq mühafizə orqanlarına müraciət olunacaq".

Şahin
BAKU.WS
VİDEO