SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünən paytaxt Bakıda əsl bayram ab-havası yaşanıb. 28 May - Respublika günü münasibətilə bayram sevincini paylaşan insanlar əllərində üçrəngli bayraqla küçələrə çıxıblar.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, avtomobillər və marşrut avtobusları, həmçinin binalar üçrəngli bayrağımızla bəzədilib.

Şəhər sakinləri Vətənə və millətə olan sevgilərini bu cür ifadə ediblər.

Bu gün yüksəklərdə dalğalanan bayrağımız hər bir Azərbaycan vətəndaşının qəlbini sevinc və fərəh hissləri ilə doldurur.

İstiqlalımızın 101 illiyi mübarək, Azərbaycan!

BAKU.WS