SİZİN REKLAM BURADA!
055 213 76 73



Paytaxtda əsən eşq havası…  

Mələklər bunu ilahi zövq, şeytanlar cəhənnəm əzabı, insanlar isə sevgi adlandırdılar. Dünyanın bir çox ölkələrində 14 fevral Valentin günü, Azərbaycanda isə sevgililər günü kimi qeyd edilir. Məhz həmin gün Bakı küçələrini eşq havası bürüdü.

Məhəbbətdən bihuş olub, Məcnun kimi çöllərə düşüb, sevgilisinə hədiyyə alan kim, şirin sözlərlə qarşı tərəfin könlünü alıb, sevgisini isbat edən kim.  
Paytaxtın bir sıra mərkəzi küçələrində romantik abu hava yaşandı. Əllərində gül dəstəsi və ürək formalı şarlarla küçələrdə dolaşan cütlüklər maraqlı görüntü sərgilədilər.

Həmin anlar isəBAKU.WS-in kamerasının yaddaşına bax belə həkk olundu. 

Rəşad Əliyev
BAKU.WS