SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bu gün Sevgililər Günüdür. Dünyanın bir çox ölkəsi kimi Azərbaycanda da bu günü qeyd edənlər var. Artıq bu gündən gül dükanlarında canlanma müşahidə olunur. Gəlin görək daha çox hansı güllərə və necə buketlərə təlabat var?

Rəngbərəng və növbənöv güllər, müxtəlif kompazisiyalar

14 fevral Sevgililər Gününə bir gün qalmış gül dükanlarında canlanma müşahidə olunur.

Növbə olacağından ehtiyatlanan sevgililər buketlərini bu gündən bağlatdırıb hazır qoyurlar.

Adi buketlərlə bərabər daha maraqlı fiqurlarla, fərqli kompazisiyalara üstünlük verənlər də çoxdur.

Oğlanlar kimi bugünki günə hazırlaşan qızlar da var. Onlar daha maraqlı hədiyyə buketlərin sifarişi verirlər.

Güllərlə bərabər şirniyyatlara və oyuncaqlarla hazırlanan buketlərə də maraq yüksəkdir. Belə buketlərin qiymətidə 30-60 manat arasında dəyişir.
 
BAKU.WS