VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Eurovision" qalibi Nigar Camal Elina üçün dövlət başçısına müraciət edib.

BAKU.WS xəbər verir ki, 14 yaşlı məktəblinin ölümünə biganə qala bilməyən müğənni prezidentdən günahkarların ən ağır şəkildə cəzalandırılmasını istəyib. 

"Mən "Eurovision" qalibi Nigar Camal üzümü ölkə rəhbərinə tutaraq Bakı şəhəri 162 saylı məktəbin VIII sinif şagirdi Elina Hacıyevanın ölümündə günahı olan həmin məktəbin direktoru və bütün təqsiri olanların heç bir güzəşt olmadan qanun çərçivəsində ən ağır şəkildə cəzalandırılmasını xahiş edirəm. Cənab prezident, bizim uşaqlarımızı xilas edin!"

Qeyd edək ki, 162 saylı məktəbin şagirdi Elina Hacıyeva məktəbdə şagirdlər və məktəb işçiləri tərəfindən məruz qaldığı psixoloji təzyiqlərə, zorakılıqlara tab gətirməyərək intihar edib. Elinanın ölümündə həkim səhlənkarlığının olduğu da iddia edilir.

Elinanın ölümü ictimaiyyətdə böyük narazılığa səbəb olub.

Zülfiyyə Qurbanova
BAKU.WS