SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gecədən yağan intensiv yağış paytaxt küçələrində xoşagəlməz görüntülərin ortaya çıxmasına səbəb olub.


BAKU.WS-in məlumatına görə, sürücülər su ilə dolan yollarda çətinliklə hərəkət edib. Xüsusilə, Binaqədi yolunda yağış sularının yaratdığı böyük gölməçələr sürücülərə paytaxt küçələrində əsl adrenalin yaşadıb.


Bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılır. Belə görüntülərdən biri də Binəqədi rayonu, 9-cu mikrorayonda çəkilib.


Videodan da göründüyü kimi yağış suyu şəlaləni xatırladır.


Qeyd edək ki, gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Cənub küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 12-15, gündüz 18-22, Bakıda gecə 13-15, gündüz 19-21 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 767 mm civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz olacaq.

Ziya SƏCCAD
BAKU.WS