SİZİN REKLAM BURADA!
055 213 76 73



Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin birinci kurs kursantları ilkin hərbi hazırlıq çərçivəsində atıcı silahlardan atış çalışmalarını icra edirlər.

Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, təlim sahələrinin rəhbərləri hazırlıq məşqlərinə cəlb olunan heyəti təhlükəsizlik qaydaları, atışın şərtləri və digər tələblərlə tanış ediblər. Gələcək zabitlərin keyfiyyətli hazırlığı məqsədilə keçirilən praktiki atışlardan əlavə gənc kursantlar müxtəlif təlim sahələrində tədris tapşırıqlarını yerinə yetirirlər.

Çalışmaların yekununda gənc kursantlar əldə etdikləri nəticəyə əsasən qiymətləndiriləcək.

BAKU.WS