SİZİN REKLAM BURADA!
055 213 76 73



Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin Qaraheybət təlim mərkəzində hərbi qulluqçuların peşəkarlığının və nəzəri biliklərinin artırılması, praktiki vərdişlərinin möhkəmləndirilməsi məqsədilə hazırlıq məşqləri keçirilib. 
 
Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, şəxsi heyətə real döyüş şəraitinə uyğun vəziyyətdə zirehli texnikaların idarə edilməsi, manevr imkanları öyrədilib, eləcə də ekipajların praktiki hazırlığı, şərti düşmənin canlı qüvvə və texnikasına zərbə vurulması üzrə tapşırıqlar icra olunub.

Hərbi qulluqçuların silahlanmada olan müxtəlif çaplı silahlardan praktiki istifadə etmək bacarıqları təkmilləşdirilib.
 
BAKU.WS