SİZİN REKLAM BURADA!
055 213 76 73



Mayın 11-də Bakı-Sumqayıt yolunda iki avtomobilin toqquşması ilə yol-nəqliyyat hadisəsi baş verib. Qəza baş verərkən avtomobillərdən birində iki azyaşlı uşaq olub. Qəza zamanı həmin avtomobil aşdığı üçün azyaşlıların hər ikisi ağır xəsarət alıb.

BAKU.WS-in məlumatına görə, azyaşlılardan daha kiçiyi isə aldığı xəsarət nəticəsində huşunu itirib. Hadisə yerinə gələn Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidmət alayının I tağımının əməkdaşları hadisə yerinə təcili yardım çağırıb. Amma polis əməkdaşları uşaqların halının get-gedə pisləşdiyini görüb azyaşlıları xidməti avtomobilləri ilə Sumqayıt şəhər xəstəxanasına çatdırıblar.

Yol-Patrul Xidmət alayının I tağımının polis baş serjantı Qalib Bayramovun komandirə hadisə barədə məruzə etdikdən sonra uşaqları xəstəxanaya vaxtında çatdıra bilib. Həkimlərin səyi nəticəsində hər iki uşağın həyatını xilas etmək mümkün olub. Hadisədən bir qədər sonra xəstəxanaya uşaqların valideynləri də gəlib. Bundan sonra məlub olub ki, uşaqları xəstəxanaya çatdırıb onların həyatını xilas edən polis baş serjantı Qalib Bayramov uşaqların atası Natiq Cabbarovla sinif yoldaşı olub. Bu gün isə uşaqların atası Natiq Cabbarov Saray qəsəbəsi ərazisindəki DYP postuna gələrək hər iki polis əməkdaşına təşəkkürünü bildirib.

Natiq Cabbarov uşaqlarının həyatını xilas edən polis əməkdaşları ilə yanaşı, Yol-Patrul Xidmət alayının 1-ci tağımının komandiri Ürfət Şükürova, Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə və daxili işlər nazirinə təşəkkür edib.

BAKU.WS