4 dəfə xəyanət edən arvadını bağışlayan ər: "Onu soyundurub video çəkmişdi" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Şəkidə yaşayan Pərvin adlı şəxs dəfələrlə xəyanət edən arvadı Rəqsanəni bağışlamaqla gündəm olub.
BAKU.WS xəbər verir ki, "Gəl, dərdini danış" sosial-kriminal layihədə
" rel="external noopener noreferrer">müzakirəyə çıxarılan növbəti talenin əsas problemi xəyanət olub.
Pərvin Rəqsanənin ogey dayısının oğludur. Rəqsanə iki uşağının atası olan birinci həyat yoldaşından ayrıldıqdan sonra Pərvin ona evlilik təklifi edib. Bu bərabərlikdən bir qız uşağı doğulub. Münasibətlər o həddə çatıb ki, Rəqsanə onu və yeni doğulmuş körpəsini ataraq evdən qaçıb.
İndi Pərvin qızının atası ilə barışmaq istəyir. Barışmaq niyyətinin olmasına baxmayaraq, o, Rəqsanənin ona dəfələrlə xəyanət etdiyini dilə gətirməkdən çəkinməyib.
"Arvadım mənimlə bir yerdə ola-ola Şahin adlı ailəli şəxslə bərabər olub. Mən Rəqsanə ilə evlənməmişdən əvvəl də onların münasibətdə olduğunu bilirdim. Mən onu bu yoldan çəkindirmək üçün evləndim. Amma onlar yenə də münasibətlərini davam etdirdilər. Şahin br dəfə mənə zəng vurub dedi ki, mənim qarajıma gəl. Həmin adam mənə arvadımla olan videolarını göstərdi. Həmin videolarda arvadım soyunur və..."
Rəqsanə isə öz növbəsində xəyanət ittihamlarının şər və böhtan olduğunu bildirib və bir daha Pərvinə geri dönməyəcəyini deyib:
"Pərvin evlənəndə məni çox aldadıb. Dediyi sözlərin heç biri doğru deyil. Ondan ayrlmağımın səbəbi uşaqlarıma göstərdiyi şiddətdir. Bir yerdə yaşadığımız müddətdə ilk evliliyimdən olan qızımı hər gün döyürdü".
Zülfiyyə Qurbanova
Oxşar xəbərlər
Arvadına şər atan ər: “Azyaşlı qızım dedi ki, anamın yanına...” -VİDEO
Ötən gün Amil Xəlilin “Gəl dərdini danış” sosial-kriminal layihəsində daha bir faktın üstü açılıb. BAKU.WS “unikal.org”a istinadən xəbər verir ki, verilişə müra...