SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyənin Muğla şəhərində 6 aylıq dünyaya azərbaycanlı körpənin ailəsi pasport probleminin həll edilməsi üçün Azərbaycan səfirliyinin səlahiyyətlilərindən kömək gözləyir.

BAKU.WS-in məlumatına görə, Narmin və Rauf Həsənli cütlüyü 700 qramlıq çəki ilə dünyaya gələn körpəsinə pasportu olmadığı üçün Dənizli Dövlət Xəstəxanasında müalicə üçün gündəlik 800 lirə pul tələb olunur. Azərbaycanın Türkiyə Səfirliyindən isə bildirilir ki, uşağa pasport verilməsi üçün körpəni Ankaraya gətirmək lazımdır. Dənizli Dövlət Xəstəxanası rəhbərliyindən mövzuyla əlaqədar açıqlama verilib. Bildirilib ki, körpəyə görə hər hansı bir ödəniş tələb edilməyib.

Çarəsiz bir vəziyyətdə olduqlarını ifadə edən ata Rauf Həsənli dövlətin imtiyazlarından yararlana bilmədiyini söyləyir: "Bir ay əvvəl dünyaya bir bəbəyimiz gəldi. Uşağım Türkiyə Respublikası vətəndaşı olmadığı üçün xəstəxana məndən pul tələb edir. Sata biləcəyimiz də heç nə yoxdur. O görə dövlət rəsmilərindən bizə kömək etməyini xahiş edirik".

Şahin
BAKU.WS