"28 may" stansiyasında sərnişinlər çaş-baş qaldı: məsələyə polis qarışdı (VİDEO)
20
sen
2017
16:18
Bu gün "28 May" metrostansiyasında sərnişinlər arasında narahatlıq yaşanıb. Buna səbəb metro xəttində yaranan texniki problem olub. BAKU.WS-in məlumatına görə, "28 May" stansiyasındakı tabloda qatarın “Dərnəgül” xətti ilə gedəcəyi əksini tapıb. Daha sonra maşinist qatarın “Sahil” stansiyasına gedəcəyini elan edib. "Dərnəgül" xəttini gözləyən sərnişinlər qatardan platformaya düşüblər. Ancaq bundan sonra da qatar yerindən tərpənməyib. Qatarın hansı xəttə gedəcəyi təqribən 2 dəqiqə müddətində məlum olmayıb. Sonda məsələyə müdaxilə edən polis işçisi stansiya növbətçisinə müraciət edərək qatarın hansı xəttlə hərəkət edəcəyini soruşub. Bir qədər də fasilədən növbətçi qatarın “Dərnəgül” xətti ilə gedəcəyini elan edib. Kiçik fasilədən sonra stansiyada kifayət qədər sərnişin sıxlığı yaranıb. TuncayBAKU.WS
Oxşar xəbərlər
Bakı metrosunda İNANILMAZ HADİSƏ: Yuxulu olan maşinist qatarı saxlaya bilmədi
Bakı metrosunda maşinistin səhvi qatarın geriyə hərəkət etdirilməsinə səbəb olub.Bu barədə BAKU.WS-ə hadisə şahidləri məlumat veriblər.“Avtovağzal” stansiyasınd...