VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Yaxın günlərdə güzəştli mənzil almaq istəyən şəxslərin qeydiyyata alınmasına başlanacaq. Qeydiyyat və həmin mənzillərin güzəştli şərtlərlə satılması prosesi elektron qaydada həyata keçiriləcək.
 
Elektron sistemin hazırlanması prosesi tam başa çatıb və istifadəyə hazırdır. BAKU.WS Xəzər TV-yə istinadən verdiyi xəbərə görə, Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev jurnalistlərə müsahibəsində bildirib ki, indiyədək güzəştli şərtlərlə mənzil almaq istəyən 32 min nəfər müraciət edib, 18 min nəfərin müraciəti qəbul olunub.

Güzəştli şərtlərlə mənzil əldə etmək hüququna malik olan şəxslərin qeydiyyatı və həmin mənzillərin güzəştli şərtlərlə satılması prosesi elektron qaydada həyata keçiriləcək. Artıq elektron sistemin hazırlanması prosesi tam başa çatıb və istifadəyə hazırdır.

Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev deyir ki, indiyədək güzəştli şərtlərlə mənzil almaq istəyən 32 min nəfər müraciət edib, 18 min nəfərin müraciəti qəbul olunub. İlk layihə olan Yasamal Yaşayış Kompleksinin tikintisi sürətlə davam edir. Bununla yanaşı, Hövsan qəsəbəsində MİDA-ya 20 hektar torpaq sahəsi ayrılıb.

Samir Nuriyev bildirib ki, gələcəkdə güzəştli mənzilə sahib olmaq hüququ olan şəxslərin kateqoriyası genişləndirilə bilər.
 
BAKU.WS