Aylıq 130 manata ev almaq istəyənlərin işi ASANlaşdı

Aylıq 130 manata ev almaq istəyənlərin işi ASANlaşdı
Sosial 6875

 

Sosial mənzilləri almaq istəyən vətəndaşların müraciətləri may ayınadək "ASAN xidmət” mərkəzlərində həyata keçiriləcək.

Mənzil İnşaatı Dövlət Agentliyindən fins.az-a verilən məlumata görə, indi sistemin əsasnaməsinin hazırlanması işi davam etdirilir. 

Əsasnamə təsdiq olunduqdan sonra vətəndaşlardan müraciətlərinin qəbuluna başlanılacaq. May ayınından etibarən isə "Güzəştli mənzil” elektron sistemi istifadəyə veriləcək. Bu sistem vasitəsilə vətəndaşlar qeydiyyatdan keçmək və növbəlilik prinsipinə əsasən mənzilləri əldə etmək imkanına malik olacaqlar. 

Xatırladaq ki, sosial evlər bu kateqoriyadan olan vətəndaşlara güzəştli şərtlərlə veriləcək: 

- Gənc ailənin üzvü olan aşağıdakı şəxslər: 

- Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları); 

- Milli Qəhrəman (özü, əri/arvadı, övladları); 

- Məcburi köçkün və ya ona bərabər tutulan şəxs; 

- Üç ildən az olmayan müddətdə dövlət qulluqçusu işləyən şəxs; 

- Elmlər namizədi və ya doktoru elmi dərəcəsi olan şəxs; 

- İdman sahəsində xüsusi xidmətləri olan şəxslər (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçıları (I, II və III yerlər);

- Üç ildən az olmayan müddətdə hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), eləcə də ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları.

Qeyd edək ki, ipoteka kreditləri üzrə güzəştlərdən istifadə etmək hüququ olan hər bir ailə (şəxs) bu güzəştlərdən yalnız bir dəfə istifadə edə bilər.

Sosial ipoteka üzrə 30 illik krediti istifadə etməklə birotaqlı mənzil üçün aylıq ödəniş 130-150 manatı, ikiotaqlı mənzil üçün 200-250 manatı, üçotaqlı mənzil üçünsə 300-350 manatı keçməyəcək. Faktiki olaraq, kirayə qiymətini ötməyən məbləği ödəməklə, insanlar əmlak sahibi olmaq imkanı əldə edəcəklər.

BAKU.WS

Son xəbərlər