"26 ilimdə qoyduğu ən ağır yaradır" - Azərbaycanlı aktrisa zorakılığa məruz qalıb - VİDEO
11
sen
2019
17:31
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Reper KQB, Ani və viner Sabo birlikdə qadına qarşı şiddətə və zorakılığa "Yox" deyən layihəyə imza atıb.BAKU.WS xəbər verir ki, "Qadın" adlanan layihənin şüarı belədir: Qadına yumruğunu deyil, əlini uzat!Şiddətə məruz qalmış qadınları aktrisalar Arzum Kərimova, Nuranə Allahverdizadə canlandırıb.Nuranə Allahverdizadə layihənin şəxsən həyatı ilə birbaşa əlaqəli olduğunu bilıdirib:"Bu çəkilişə dəvət alarkən mövzu və canlandıracağım obrazlaı maraqlandım. Mövzunun qadına şiddət və zorakılığa qarşı olduğunu duyar-duymaz düşünmədən qəbul etdim. Bu, mövzunun 26 ilimdə qoyduğu ən ağır yara olduğundan qaynaqlandı. Bunu açıqlamağım nə dərəcədə düzgündür, onu düşünmək belə istəmirəm. Məni tanıyanlar dərinliyini yetərincə bilir, bu mənə bəs edər!" Digər aktrisa A.Kərimova belə bir layihənin həyata keçirilməsini yüksək qiymətləndirib: "Hər kəs, xüsusilə kişilər anlasın ki, qadına əl qaldırılmaz. Xanımlarımız sevilməyə, xoş sözlərə layiqdir. Qadına qalxan əllərə qırılsın! Şiddətə son!"Zülfiyyə Qurbanova
Oxşar xəbərlər
Rahidə Baxışova zorakılığa məruz qalmasından danışdı: "Uşaq idim..." - VİDEO
Müğənni Rahidə Baxışova orta məktəbdə oxuyarkən müəllimi tərəfindən zorakılığa məruz qalıb.BAKU.WS xəbər verir ki, ifaçı bu barədə Tolikin "Hər şey daxil" proqr...