Qadınlar tərəfindən zorakılığa məruz qalan kişilər arasında ölənlər də var

Qadınlar tərəfindən zorakılığa məruz qalan kişilər arasında ölənlər də var
Hadisə 779
“Azərbaycanda hər il məişət zorakılığı ilə bağlı, təxminən, 850-yə qədər cinayət işi qeydə alınır. 2016, 2017 və 2018-ci illər ərzində zorakılıq hallarının 86 faizi qadınlara qarşı törədilib. 14 faiz zorakılıq halı isə kişilərə qarşı olub”.BAKU.WS xəbər verir ki. bunu “report”a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.O bildirib ki, son üç il ərzində Azərbaycanda qadınlar tərəfindən zorakılığa məruz qalan kişilərin arasında ölənlər də olub: “Kişilərə qarşı zorakılıq halları daha çox kişilərin öz arasında baş verib.Yəni, bu zorakılıq halları ata-oğul, qardaşlar, kürəkən-qayınata münasibətləri zəminində qeydə alınıb. Təbii ki, bu illər ərzində qadınlar tərəfindən zorakılığa məruz qalan kişilər də qeydiyyata alınıb.Hətta bu halların arasında ölümlə nəticələnəni də olub. Sadəcə olaraq, bu hallar barmaqla sayılası qədərdir”.Şöbə müdiri vurğulayıb ki, məişət zorakılığı faktları daha çox kişilər tərəfindən törədilir: “Qərbi Avropa ilə müqayisədə Azərbaycanda qeydə alınan zorakılıq halları daha çox qadınlara qarşı törədilib”.

Son xəbərlər