SİZİN REKLAM BURADA!
055 213 76 73


İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasından 106 il ötür.

BAKU.WS xəbər verir ki, bu barədə "Caliber" "YouTube" kanalının növbəti layihəsində material təqdim olunub.

Bu gün Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk nizami hərbi hissə - Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Hərbi sahədə ilk uğur 1918-ci il sentyabrın 15-də əldə edildi. O zaman Milli Ordu Nuru Paşanın komandanlığı altında olan Qafqaz İslam Ordusu ilə birlikdə Bakı və ətraf əraziləri erməni-bolşevik işğalından azad etdi.

1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyəti işğal edildikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi.

Ümummilli lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanı ilə 26 iyun rəsmi bayram - Silahlı Qüvvələr Günü elan edilib.

Bu dövrdə Azərbaycan Ordusunun keçdiyi hərbi yolun zirvəsi Vətən müharibəsindəki möhtəşəm qələbə - Qarabağ qələbəsi oldu.

Daha ətraflı videosüjetdə:

BAKU.WS
VİDEO